“Bakı” 45 dəqiqəyə 4 qol vurdu

“Bakı” 45 dəqiqəyə 4 qol vurdu
XƏBƏR 1 Mart 2010 / 11:44 2049
-  A +

Unibank Premyer Liqasının və Azərbaycan kubokunun həlledici mərhələsinə hazırlaşan “Bakı” klubu dünən yoxlama oyunu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, əvəzedici heyətlə qarşılaşmada komandalar 45 dəqiqə meydanda olublar. Matç 4:1 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. Əsas heyətdən qolları Jaba, Adriano və Aleksandar Şoliç (2 dəfə) vurub. Əvəzedicilərdən isə Nurlan Novruzov fərqlənib. Oyunda diqqətçəkən məqamlardan biri də əsas komandada ehtiyatda qalan Rəhman Hacıyev və Hacı Əhmədovun əvəzedicilərə cəlb edilməsi idi. Əsas komandanın qapısını isə Xalidu Sissoko qoruyurdu.

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu