“Bu oyun çox vacib idi. Amma təəssüf ki, məğlub olduq. “Zirə” bizə həmişə narahat rəqib olub. Artıq 3-cü ildir ki, bu komandanı uda bilmirik. Bu da futbolçulara pisixoloji təsir göstərir. Üstünlük bizdə idi, amma 5 dəqiqə ərzində iki qol hər şeyi həll etdi”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqanın 21-ci turunda “Zirə”yə 1:2 hesabı ilə uduzduqların oyundan sonra deyib.
O, keçirdiyi mətbuat konfransında matçla bağlı fikirlərini bildirib.
- “Zirə”yə komanda şəklində uduzdunuz, yoxsa qapıçınız Vaylonun səhvlərinə görə?
- Hər kəsin günahı var. Təkcə Vaylonu günahlandırmaq istəmirəm. Fərdi olaraq kimdəsə səhv axtarmaq lazım deyil.
- Qış fasiləsində yenilənən “Neftçi” yenə də “Zirə”ni məğlub edə bilmədi...
- Düşünmürəm ki, zəif oynamışıq. Sadəcə, bizdə “Zirə” sindromu var. Bu sindromu da nə vaxt qıracağımızı bilmirik.
- Sizcə, “Neftçi”nin Avroliqada gedəcəyi yalnız kubokdakə nəticədən asılı olacaq, yoxsa çempionatda hələ şansınız qalır?
- Qarşıda 7 tur var. Hələ şanslarımız var. Kuboku da götürə bilərik. Alınsa, alınar. Çalışacağıq ki, maksimum xallar toplayaq və kubokda uğurlu oyun nümayiş elətdirək.
- Qış fasiləsindən sonra bir məşqçi kimi ən böyük səhvinizi nədə görürsünüz?
- Biz insanıq. Hər insanın səhvləri olur. Amma mən bunu açıqlamaq istəmirəm.
- Oyundan sonra Ayxan Abbasovla söhbətiniz oldu. Nə barədə danışdınız?
- Onu sadəcə təbrik etdim. Bir də soruşdum ki, Sanqara nəsə oldu, ya yox.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı