“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Kristian Kabralın müsahibəsi
- 1979-cu ildə Braziliyanın Uruquayana bölgəsində dünyaya göz açmışam. Əksər futbolçular kimi mən də uşaqlıqda məhəllədə oynaya-oynaya bu idman növünün vurğunu olmuşam. Gərgin məşqlər nəticəsində bu yerlərə gəlib çıxmışam. Karyerama gəlincə, əsasən öz ölkəmdə çıxış etmişəm. “Velo Klub-Sp”, “Quarani”, “Yuventus”, “İtuano”, “Parana”, “Palmeyras”, “Koritiba”, “Nautiko”, “Fortaleza”, “Vitoria” klublarının formasını geyinmişəm. Hazırda isə Azərbaycandayam və bu ölkənin ən güclü klublarından birininin heyətində futbolçu karyeramı davam etdirirəm.
- “Olimpik-Şüvəlan”la oyun necə keçdi?
- Bir neçə gün idi ki, fiziki məşqlər üzərində işləyirdik. Komandadakı son durumu bilmək üçün yoxlama matçılarına ehtiyacımız olduğunu düşünürəm. Bu cür yoldaşlıq görüşlərinin keçirilməsi bizə xeyir verəcək. Komandamızın oyununu həm meydançadan kənarda, həm də meydançada olarkən izlədim. Mənə elə gəlir ki, heyətdəki oyunçular bir-birlərini artıq çox gözəl başa düşürlər. Əgər işlər belə davam etsə, bizi irəlidə daha çox titullar gözləyir. Gözəl və mehriban kollektivimiz var, heyətdəki futbolçular meydançada və meydançadan kənarda bir-birlərini başa düşür və hörmətlə yanaşırlar. Bu cür peşəkar münasibət olan yerdə uğur da özünü çox gözlətməyəcək.
- Bir neçə gün sonra “altılıq” mərhələsinin oyunları start götürəcək. “Xəzər Lənkəran”ın çempionluq şansını necə görürsən?
- Önəcədən onu deyim ki, fasilə vaxtı çox yaxşı təlim-məşq toplanışı keçmişik. Bu da çempionatda keçirəcəyimiz matçlarda öz sözünü deməlidir. Düzdür, çempionatda mübarizə aparan komandaların hamısına qarşı oynamamışam. İlk “altılıq”da mübarizə aparacaq klublar daha güclüdürlər. Buna baxmayaraq, bizi çempionluqdan başqa heç nə maraqlandırmır. Bütün futbolçularımız da bunun üçün çalışacaqlar.
- “Xəzər Lənkəran”a uyğunlaşa bilmisənmi?
- Təbii ki, öz oyunumu hələ 100% tapmamışam. Lakin oyundan-oyuna hər şeyin daha yaxşı olduğunu görürəm. Hər futbolçu yeni gəldiyi kluba tez öyrəşə bilmir. Düzü, əvvəlki qarşılaşmalarda özümü tez-tez itirirdim. Lakin komanda yoldaşlarım və məşqçilər heyəti mənə dəstək verdilər. Bu dəstək isə yeni transfer olunan futbolçuya çox lazımdır. Əgər öz oyunumu tamamilə tapsam, rəqiblər üçün yaxşı olmayacaq.
- Azərbaycanı seçdiyinə görə peşman deyilsən ki?
- Mən futbolu sevirəm. Harada oynamağımdan asılı olmayaraq, əlimdən gələni edirəm ki, öz oyunumu oynayıb, təmsil etdiyim ölkənin adını yüksəldim. ölkənizə gəldiyim üçün heç də peşmançılıq hissi keçirmirəm. Burada futbolçu üçün lazım olan hər cür şərait yaradılıb.
- “Xəzər Lənkəran”lı azarkeşlər barəsində nə fikirdəsən?
- Doğma publika önündə iki oyunda iştirak etmişəm və azarkeşlərin əsl dəstəyini görmüşəm. Lənkəranda oynamaq hər bir futbolçuya əsl zövq verir. Azarkeş dəstəyi komandanın uğur qazanmasında həlledici rol oynayır. “Xəzər Lənkəran” azarkeşləri Avropanın aparıcı klublarının fanatlarından heç də geridə qalmırlar. Matçın son dəqiqəsinə kimi bizi dəstəkləyirlər. O cür dəstək altında oynamaq futbolçu üçün əsl bayrama çevrilir.
- Karyeran ərzində oynadığın komandalar arasında ən uğurlu dönəmini harada keçirmisən?
- Oynadığım bütün komandalarda iz buraxmışam. Bu mənada həmin klublar arasında fərq qoymuram. Amma Braziliyanın nəhəng klubları sırasında olan, hər mövsüm çempionluq uğrunda mübarizə aparıb, “Libertadores” kubokunun müntəzəm iştirakçısı olan “Palmeyras”ı xüsusi qeyd edərdim. Orada oynadığım dönəm mənim üçün ən yaddaqalan olub. 2005/2006 mövsümündə həmin komandanın heyətində çox güclü futbolçular var idi. Mən də həmin komandanın tərkibində olmuşam və bunun üçün çox sevinirəm.
- Qarşıda sizi “Qarabağ”la ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu gözləyir. Həmin oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...
- Çempionatın birincisi olmaqla yanaşı, ölkə kubokunu qazanmağı qarşımıza məqsəd qoymuşuq. Odur ki, Premyer Liqada ortaya qoyduğumuz oyunu kubokda da göstərib hər iki titulu əldə etmək istəyirik.
- Çempionatımızın səviyyəsi haqqında nə deyə bilərsən?
- Yaxşı çempionatdır. Bilirsiniz, əgər futbolçunun forma geyindiyi komandada əsl peşəkarlıq, güclü azarkeş ordusu varsa, həmin yerdə oynamaq futbolçuya zövq verər. Bu vəziyyətdə çempionatın səviyyəsi artıq ikinci plana keçir.
- Çempionluq yolunda əsas rəqibiniz kimi hansı komandanı görürsən?
- Konkret ad çəkmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, çox maraqlı və sonacan döyüşməyin vacib olduğu bir çempionat izləyəcəksiniz.
Mənbə: "Çempion-Azərbaycan" qəzeti
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi