“İndiki vəziyyətdə qələbə önəmli idi” - Teo Uiks

“İndiki vəziyyətdə qələbə önəmli idi” -  Teo Uiks
ÖLKƏ FUTBOLU 5 Mart 2017 / 01:04 2311
-  A +

“Qəbələ”nin futbolçusu Teo Uiks Topaz Premyer Liqanın 21-ci turunda səfərdə “İnter”i ilə oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq, qələbəni şərh edib:


- Komandaya gəldiyim gündən qeyd etmişəm ki, hər qələbə bizim üçün çox vacibdir. Xüsusilə, indiki vəziyyətdə bu daha da önəmli idi.

- Əsas rəqibiniz “Qarabağ” bu gün qələbə qazanmışdı. Bu, sizdə psixoloji təzyiq yaratmadı?
- Xeyr, qətiyyən bizi narahat etmirdi. Sadəcə, məqsədimiz bütün matçlarda qalib gəlməkdir.

- Nika Kvekveskirinin cəza səbəbi ilə yoxluğunda bu gün meydana sən çıxdın. Son zamanlar ehtiyatda qalırdın. Hazır deyilsən, yoxsa baş məşqçinin qərarıdır?
- İlk gəldiyim zamanlarda baş məşqçi mənə inanırdı. Mənim üçün rahat idi. Hər şey məşqçinin qərarıdır. Mənə şans versə, oynayacam. Nika Kvekveskirini meydana buraxsa, o, oynayacaq. Fərqi yoxdur. Məndən asılı deyil.

- “Qəbələ”ni çətin təqvim gözləyir. Əsas rəqiblərlə səfərdə oynayacaqsınız. Liderliyi qoruyub saxlaya biləcəksiniz?
- Hər oyun fərqli və çətin olur. Asan oyunlar yoxdur.

- “Qarabağ” və “Qəbələ” arasında yaranan söz-söhbətdən sonra oyunlarınız gələn azarkeş sayı artıb...
-  Azarkeşlərin çoxluğu komandalar üçün vacib bir amildir. Məncə, onların çoxluğu oyunlara yaxşı tərəfdən təsir edir və dəstəklərinə hər zaman ehtiyacımız var.

Məftun RƏSULZADƏ

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner