"Bizim üçün vacib oyun idi. İstədiyinmiz nəticəni əldə etdik. İlk hisssədə tələskənlik var idi. Amma ikinci hissədə öz oyunumuzu tapa bildik və lazım olan qolları vurduq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 21-ci turunda Bakı "İnter"i ilə oyundan (2:0) sonra deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Tələskənlik “Qarabağ”ın “Sumqayıt”ı məğlub etməsi ilə bağlı idi?
- Bəlkə də, futbolçularda narahatlıq yaradıb. Əsas odur ki, ikinci hissədə bunu düzəltdik.
- Baqali Dabo və Daniel Subotiç eyni anda meydanda olanda qol vurduz. Gələcəkdə bu iki futbolçunu eyni anda meydanda görə bilərik?
- Onların ikisini əvvəllər də eyni anda meydanda görə bilərdik. Sadəcə, Dabo zədəli olduğu üçün meydana çıxa bilmirdi. Son vaxtlar məşqlərdə görürəm ki, Dabonun narahatlığı qalmayıb və meydana çıxa bilər.
- Rasim Ramandanovun durumu necədir?
- Futbolçunun reaksiyasından mənə elə gəldi ki, ayağında sınıq var. Vernidubla Elvin Camalovda da elə olmuşdu. Ona görə də əvəzlədim.
- Çempionatda yaranan fasilədən necə yararlanacaqsız?
- Elə də böyük fasilə deyil. Dəyişiklik etmək niyyətimiz yoxdur. Sadəcə, məşqlərimiz çox olacaq. Millidə olan futbolçular da orada məşq edəcək.
- 6 futbolçu milliyə dəvət alıb. Bu komandanın hazırlığına mənfi təsir etmir?
- Futbolçuların millinin toplanışına gedəcəyini anlayışla qarşılayırıq. Düzdü məşqlərimizə təsir edəcək. Amma biz fəxr edirik ki, futbolçularımız millinin üzvüdür.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video