19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsi
- Rəhbərlik etdiyiniz komanda yanvarın 5-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edib. İlk növbədə bu turnirlə bağlı fikirlərinizi bilmək istərdik…
- Bildiyiniz kimi, bu turnir 1981-ci ildən etibarən keçirilir və çox nüfuzlu yarış hesab olunur. Vaxtaşırı bu turnirdə İspaniya, Almaniya, Braziliya, Fransa və digər güclü komandalar iştirak ediblər. İştirakçıların səviyyəsinə görə bu il də istisna deyildi. Türkiyə, Ukrayna, Belçika kimi güclü kollektivlərin iştirak etdiyi builki turnirin təşkilatçılığı çox yüksək səviyyədə idi.
- Komandamız qrupda Belarus, Rusiya və Çili yığmaları ilə mübarizə apardı. İlk oyunda belaruslu futbolçulara məğlubiyyəti gözlənilməz adlandırmaq olarmı?
- Bu oyunu izləyənlərin hər biri şahid oldu ki, qarşılaşma bütünlüklə bizim üstünlüyümüz şəraitində keçdi. Birinci hissənin sonlarına yaxın komandamızın qapıçısı ilə müdafiəçilərimiz arasında yaranmış ani anlaşılmazlıqdan istifadə edən Belarus yığması hesabı açdı. Bundan sonra da komandamızın aramsız hücumlar etməsinə və çoxsaylı qol epizodları yaratmasına baxmayaraq, hesabı bərabərləşdirmək mümkün olmadı. Onu da qeyd edim ki, hələ oyunun 3-cü dəqiqəsində Rəşad Eyyubov cərimə meydançası daxilində rəqibin bir neçə futbolçusunu aldadaraq qapıya zərbə endirsə də, belaruslu qapıçının inamlı oyunu hesabın açılmasına imkan vermədi. Ümumiyyətlə, Belarus yığmasının qolkiperi bir çox epizodda komandasını real qoldan xilas etdi.
- Araz Abdullayev, Orxan Həsənov, Mirhüseyn Seyidov və Cavid Musayevin bu turnirdə iştirak etməməsi komandamızın oyununa nə dərəcədə təsir göstərdi?
- Adını sadaladığınız futbolçuların hər biri U-19-un əsas heyətinin üzvləridir və əlbəttə ki, onların yoxluğu hiss olunurdu. Xüsusilə də hücum xəttində müəyyən çətinliklərlə üzləşdik. İş ondadır ki, Araz Abdullayev, Orxan Həsənov və Mirhüseyn Seyidov çıxış etdikləri klubun heyətində təlim-məşq toplanışına yollanıblar və klub rəhbərliyinin xahişini nəzərə alaraq, biz həmin futbolçuları bu turnirə aparmadıq. Çünki onların klublarının heyətində möhkəmlənməsi yığma komanda üçün də çox faydalı olardı. Cavid Musayev isə zədə ucbatından cərrahiyyə əməliyyatına məruz qaldığı üçün bizə kömək edə bilmədi.
- Hücumda müəyyən problemlərin olduğunu qeyd etdiniz. Müdafiə xəttinin çıxışını necə qiymətləndirərdiniz?
- Keçirdiyimiz oyunların ikisində qalib gəlib, eyni sayda məğlubiyyətə uğrasaq da, ümumilikdə, müdafiəçilərimizin inamlı çıxış etdiyini söyləmək olar. Əgər statistika ilə danışsaq, buraxılan qolların sayına görə, yalnız turnirin qalibi olan Rusiya və 3-cü pilləyə sahib çıxan Ukrayna yığması bizdən yaxşı nəticə göstərib. Qeyd etdiyim komandalar keçirdikləri 4 oyunda 2, biz isə 3 qol buraxmışıq. Bir faktı qeyd edim ki, turnirin finalçısı olan Türkiyə yığması 4, dördüncü yeri tutmuş Çili komandası isə 6 dəfə topu qapısından çıxarmağa məcbur olub. Az qol buraxmağımızda komandamızın qapıçısının və müdafiəçilərinin inamlı çıxışı xüsusi rol oynadı.
- Komandanın əldə etdiyi nəticə sizi nə dərəcədə qane etdi?
- Əlbəttə, nəticədən razı qaldığımı deyə bilmərəm. Belə turnirlərdə vurulan hər bir qolun, qazanılan hər bir xalın böyük əhəmiyyəti var. Təəssüf ki, ilk oyundakı məğlubiyyət bizə baha başa gəldi və turniri layiq olmadığımız 7-ci pillədə başa vurmalı olduq. Qarşılaşmalarımızı izləyən mütəxəssislər yığmamızın tutduğu yerlə nümayiş etdirdiyi oyunun tərs-mütənasib olduğunu bildirirdilər. Bir sözlə, komandamız yaxşı çıxış etsə də, istədiyimiz nəticəni əldə etmək bizə müyəssər olmadı.
- Rusiya yığması ilə oyunda Sərraf Yusifzadə, Çili komandası ilə görüşdə isə Amit Quluzadə qırmızı vərəqə ilə cəzalandırıldı. Bu, komandada nizam-intizamın aşağı olmasının göstəricisi deyil ki?
- Sərraf Yusifzadəyə göstərilən qırmızı vərəqə açıq-aşkar hakim qərəzinin nəticəsi idi. Futbolçumuz ciddi kobudluğa yol vermədiyi halda və rəqibin hücumçusunun yaxınlığında daha iki müdafiəçimizin olmasına baxmayaraq, hakim qayda pozuntusunu «sonuncu ümid folu» kimi dəyərləndirərək oyunun 16-cı dəqiqəsində Sərrafa qırmızı vərəqə göstərdi. Ümumiyyətlə, Rusiya yığması ilə oyunda sözün əsl mənasında hakim ədalətsizliyi ilə üzləşdik. Komandamız azlıqda qalmasına və hakim tərəfindən sıxışdırılmasına baxmayaraq, rəqibinə layiqli müqavimət göstərirdi. Lakin 76-cı dəqiqədə qapımıza doğru növbəti dəfə haqsız yerə təyin olunmuş cərimə zərbəsindən sonra rusiyalı futbolçular hesabı açdı.
Amit Quluzadəyə gəlincə isə, o, elə bir mövqedə oynayır ki, rəqib hücumlarının qarşısının alınmasında fəal iştirak etməli olur. Bununla əlaqədar, Çili yığması ilə oyunda müəyyən epizodlarda qayda pozuntusuna yol verən Amit ikinci sarı vərəqə alaraq meydanı tərk etdi. Yəni bu, intizamsızlığa deyil, sırf oyun epizoduna görə göstərilmiş qırmızı vərəqə idi.
- Adətən, futbolçularımızın fiziki hazırlığının aşağı olması ilə bağlı fikirlər səsləndirilir. U-19-un bu baxımdan hər hansı çətinliyi oldumu?
- Hesab edirəm ki, komandamızın üzvləri fiziki cəhətdən yaxşı səviyyədədirlər. Turnirin ilk oyununda – Belarus yığması ilə qarşılaşmada futbolçularımız 1-ci dəqiqədən hakimin final fitinə qədər rəqib qapısına aramsız hücumlar etdilər. Hətta iki oyunda azlıqda qalmağımıza baxmayaraq, fiziki baxımdan çətinliklə üzləşmədik. Amma düşünürəm ki, indi ölkə çempionatında fasilə olmasaydı, futbolçuların fiziki hazırlığı daha yüksək səviyyədə olardı.
- U-19 Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək. Rusiyada keçirilən turnirdə çıxış edən futbolçuların seçmə mərhələ oyunlarında iştirakı gözlənilirmi?
- Sözsüz ki. Sankt-Peterburqda keçirilən turnirin iştirakçıları arasında Avropa çempionatının seçmə oyunları üçün açıqlanacaq heyətin üzvləri də var. Bundan əlavə, fevralda U-19-un təlim-məşq toplanışının keçirilməsi planlaşdırılıb. Həmin toplanışda xeyli sayda yeni futbolçu sınaqdan keçiriləcək və hazırlıq səviyyəsi məşqçilər korpusunu qane edənlər yığmanın heyətinə cəlb olunacaq.
- Turnirin iştirakçısı olan komanda üzvlərindən hər hansını fərqləndirə bilərsinizmi?
- Bütün futbolçuların əməyini yüksək qiymətləndirirəm. Çatışmazlıqların olmasına baxmayaraq, komandanın hər bir üzvü uğur qazanmaq üçün əlindən gələni əsirgəmədi. Sevindirici haldır ki, Səlahət Ağayev təşkilatçılar tərəfindən turnirin ən yaxşı qapıçısı adına layiq görüldü.
- Necə düşünürsünüz, ümumiyyətlə, bu turnirdə iştirak etmək yığmamıza nə verdi?
- Yığma komandanın belə yüksək səviyyəli turnirlərdə iştirak etməsi çox faydalıdır. İlk növbədə futbolçuların beynəlxalq təcrübəsinin artırılması, müxtəlif rəqiblərlə qarşılaşmalarda özünəinam hissinin formalaşması baxımından bu, çox vacibdir. Fürsətdən istifadə edib bu turnirdə iştirak etməyimizə şərait yaratdığına görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Mənbə: affa.az
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video