"Olimpik-Şüvəlan"ın əsas silahlarından biri məşqlərə başladı

XƏBƏR 1 Mart 2010 / 10:51 1754
-  A +

Unibank Premyer Liqasının XIX turunda - "Muğan"la görüşdə burun nahiyəsindən ciddi zədə alan "Olimpik-Şüvəlan" klubunun müdafiəçisi Sergey Laşenkov məşqlərə başlayıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, təxminən iki həftəyə yaxın müalicə olunan Laşenkova həkimlər yüngül məşq etməyə icazə veriblər. Laşenkovun Azərbaycan kubokunun 1/4 final mərhələsində "Simurq"la keçiriləcək oyunlarda "Olimpik-Şüvəlan"ın heyətində meydana çıxması gözlənilir.

 
Mənbə: pfl.az

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu