"Getmək çox çətindir" - Rəşad Sadıqov

"Getmək çox çətindir" -  Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 3 Mart 2017 / 12:15 3648
-  A +

“Həqiqətən çox çətindir. Məsələn 32 yaşım olanda deyirdim ki, 35 yaşımda gedəcəm. Amma indi 35-ə gəlmişəm, oynamaq istəyirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri  milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.

“CBC Sport”da yayımlanan “İmza” verilişisinin qonağı olan təcrübəli müdafiəçi karyerasını nə vaxt bitirəcəyi haqda sualı cavablandırıb. O, hələ ki, qəti müddət deyə bilmədiyini qeyd edib:

"İndi elə bir vaxta gəlmişəm ki, milli  komandamız uğurlu çıxış edir, “Qarabağ” avrokuboklarda yaxşı nəticələr göstərir. Belə iki komandanın kapitanısan və getmək çox çətindir. Yaxınlarıma və azarkeşlərə söz vermişəm ki, nə vaxt görsəm, mənim meydançada olmağım komandamızın ziyanınadır, həmin gün karyeramı başa vuracam. Amma hələ ki, qəti bir müddət deyə bilmərəm".

R.Sadıqov gələcəkdə millimizin baş məşqçisi olmaq istədiyini də deyib: "Millinin baş məşqçisi olmaq çox məsuliyyətli bir işdir. Məni tanıyanlar bilir ki, hazır olmadığım yerlərə getmərəm. Amma 10-15 il sonra belə bir təklif olsa, fikirləşərəm. Kim millidə işləmək istəməz ki?"

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır