“Millimiz tək Almeyda ilə güclənə bilməz”
“Həmişə milli komandamızda yerli futbolçuların oynamasını istəmişəm. Amma Almeyda Azərbaycana gəlmiş ən səviyyəli legionerlərdən biridir”. Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Yunis Hüseynov deyib.
Yığmamızın sabiq hücumçusu “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeydanın milliləşdirilməsinə münasibət bildirib. O, bu cür addımla milli komandanın güclənəcəyinə inanmadığını qeyd edib: “Bir nəfər futbolçu ilə milli komanda heç vaxt güclənə bilməz. Futbol kollektiv oyunudur. Mən “Karvan”da işləyəndə bizim futbolçu Ernani Pereyra da milliləşdirilmişdi. Başqa səviyyəli legionerlər də var idi. Biz o futbolçularla da uduzurduq. Ona görə də millimiz legionersiz olsa, daha yaxşı olardı. Düzdür, bu kimi hallar bütün dünyada olur. Ancaq həmin ölkələr özləri bilər. Bizə yerli futbolçularımızın inkişafı lazımdır. Mən o inkişafı görə bilmirəm. Kim görürsə, mənə desin. Mən görməmişəm ki, bir güclü futbolçu ilə komandanın oyunu dəyişsin. Amma arzu edirik ki, Almeyda milli komandamıza xeyirli olsun”.
Y.Hüseynov Almeydanın hazırda millimizin orta xəttində oynayan futbolçuların hamısından güclü olduğunu da əlavə edib: “Almeyda peşəkar futbolçudur. “Qarabağ”da güclü oynayırsa, deməli, milli komandada da bunu edəcək. Məncə, millimizdə daha yaxşı oynayacaq”.
Y.Hüseynov Topaz Premyer Liqanın hazırkı səviyyəsi haqda da danışıb: “Çempionatımız xeyli zəifləyib. Səkkiz komandalı çempionat belə olmalıdır. “Qarabağ”la “Qəbələ”nin oyunları maraqlı olur. Ancaq çempionatımızın zəif olmasına görə bu komandaların da səviyyəsi aşağı düşəcək”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi