Luis Enrike “Barselona”dan ayrılacağını təsdiqlədi

Luis Enrike “Barselona”dan ayrılacağını təsdiqlədi
DÜNYA FUTBOLU 2 Mart 2017 / 01:30 4250
-  A +

“Barselona”nın baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacaq.

Qol.az-ın İspaniya mətbuatına görə, o, bu haqda qərarını La Liqanın son turunda “Sportinq”ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb:

“Gələn mövsümdən “Barselona”nı çalışdırmayacam. Bu cür qərar verməyimin səbəbi yorğunluqdur. Bu iş daima çalışmağı tələb edir. Mənim isə dincəlməyə ehtiyacım var”.

Enrikə qərarını futbolçulara da açıqladığını bildirib.

Qeyd edək ki, 2014-cü ildən “Barsa”nı çalışdıran Enrikenin klubla müqaviləsi 2017-ci ilin yayında başa çatır.

 


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu