Fərhad Vəliyev: "Millinin toplanışları mütəmadi keçirilməlidir"

Fərhad Vəliyev: "Millinin toplanışları mütəmadi keçirilməlidir"
XƏBƏR 28 Fevral 2010 / 02:25 3311
-  A +

Millimizin qapıçısı Fərhad Vəliyev komandamızın rəsmi oyunlara daha yaxşı hazırlaşması üçün toplanışların və yoxlama oyunlarının mütəmadi keçirilməsinin vacibliyini bildirib. Bu barədə Vəliyev AFFA-nın rəsmi saytına açıqlamasında deyib: “Milli komanda daha çox bir yerdə olanda futbolçular arasında münasibətlər xeyli yaxşılaşır. Gündə iki dəfə məşq və yoxlama oyunları peşəkarlığımızı artırmaqla bərabər rəsmi oyunlara da hazırlığımızı yüksəldir. Baş məşqçi Berti Foqtsun yaratdığı mühit futbolçuları bir-birinə daha da doğmalaşdırır və yeni-yeni qələbələrə ruhlandırır. Bu mənada millinin toplanışlarının və yoxlama oyunlarının mütəmadi keçirilməsinin tərəfdarıyam.”

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu