Rail Məlikov: "Yeni futbolçular özlərini doğrultdu"

Rail Məlikov: "Yeni futbolçular özlərini doğrultdu"
XƏBƏR 28 Fevral 2010 / 01:03 2719
-  A +

Millimizin heyətinə dəvət olunan gənclərin peşəkarlığını yüksək qiymətləndirən komandamızın üzvü Rail Məlikov AFFA-nın saytına fikirlərini açıqlayıb: “Heyətə yeni cəlb olunan futbolçular ilk məşqlərdən özlərini yaxşı mənada nümayiş etdirdilər. Bunu görən baş məşqçi onlara daha böyük etimad göstərərək İordaniya yığması ilə oyunda meydana buraxdı. Fərid Quliyev ilk anda vurulan qolun ötürməsini verdi, Əfran İsmayılov real qol şansından maksimum bəhrələndi. Rauf Əliyev yüksək peşəkarlığı ilə yaxşı təsir bağışladı. Baş məşqçi Berti Fotsun seçimini yüksək qiymətləndirməklə, ümid edirəm ki, milli komandamızda gənclərin sayı durmadan artacaq”.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu