“Barselona” “Real”ın oyunçusunu ala bilər

“Barselona” “Real”ın oyunçusunu ala bilər
DÜNYA FUTBOLU 28 Fevral 2017 / 12:25 4412
-  A +

"Barselona" "Real"ın futbolçusu İskonu transfer etmək istəyir.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, əgər transfser baş tutsa belə, bu, İskonun “Real”la müqaviləsi başa çatandan sonra mümkün olacaq. Məsələ burasındadır ki, “Real”la qüvvədə olan müqaviləyə əsasən, Madrid klubunun oyunçusu "Barselona"ya keçə bilməz.

Buna görə də "Barselona" İskonu transfer etmək üçün 2018-ci ilə kimi gözləməli olacaq. Çünki həmin vaxt gənc oyunçu azad agent statusu alacaq.

Qeyd edək ki, İsko bu mövsüm 18 oyunda 5 qol vurub, 4 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner