Şeydayev "Jilina"da debüt etdi

Şeydayev "Jilina"da debüt etdi
ÖLKƏ FUTBOLU 26 Fevral 2017 / 22:57 5271
-  A +

Millimizin futbolçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatında debüt edib.

Qol.az-ın xəbərinə görə, qış transfer pəncərəsi dövründə “Trabzonspor”dan “Jilina”ya keçən 20 yaşlı hücumçumuz bu gün autsayderlərdən olan “Zlate Moravtse”ylə görüşün iştirakçıları sırasında yer alıb. Ehtiyat oyunçular skamyasında yern ala Şeydayev 75-ci dəqiqədə meydana daxil olub.

Ramil ilk görüşündə qol vura bilməsə də, komandası 4:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 19 turdan sonra "Jilina" 47 xalla turnir cədvəlinə başçılıq edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner