"Neftçi" rəhbərliyi komanda üzvləri ilə görüş keçirib

"Neftçi" rəhbərliyi komanda üzvləri ilə görüş keçirib
XƏBƏR 26 Fevral 2010 / 18:53 2070
-  A +

Bu gün “Neftçi” PFK-nın bazasında klub prezidenti Sadıq Sadıqovun tapşırığına əsasən rəhbərliklə futbolçular arasında görüş keçirilib. Qol.Az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, Vaqif Sadıqovun istefasından sonra ona gələcək işlərində uğurlar arzulayan “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov baş məşqçi Arif Əsədovu komanda üzvlərinə təqdim edib. A.Əsədova Şakir Qəribovla yanaşı, məşqçi-seleksiyaçı Bəxtiyar Musayev, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre və qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviç kömək edəcək. Görüşdə çıxış edən Arif Əsədov ona göstərilən etimada görə klub prezidenti Sadıq Sadıqova təşəkkürünü bildirib və “Neftçi”nin həm ölkə kubokunda, həm də Premyer Liqada sonadək mübarizə aparacağını deyib.

Son xəbərlər