“Neftçi” məşqləri bərpa etdi

“Neftçi” məşqləri bərpa etdi
XƏBƏR 26 Fevral 2010 / 14:00 1828
-  A +

Azərbaycan Unibank Premyer Liqasının ilk mərhələsi başa çatandan sonra istirahətə buraxılan “Neftçi” bu gündən məşqlərə başlayıb. Qol.Az-a “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, futbolçular Arif Əsədov və Şakir Qəribovun rəhbərliyi altında martın 7-də keçiriləcək “İnter”lə oyunun hazırlığını klubun bazasında davam etdirirlər. Müxtəlif yığma komandaların heyətində olduqlarından, Rail Məlikov, Ruslan Abışov, Eşqin Quliyev, Amit Quluzadə məşqdə iştirak etməyiblər. Xatırladaq ki, “Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “bankirlər”lə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner