Rəşad Sadıqov: "Açığı, onlardan belə oyun gözləmirdim"

XƏBƏR 26 Fevral 2010 / 10:43 2375
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqov İordaniya üzərində qazanılan qələbə haqqında fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Sadıqov deyib ki, dünənki görüşdə komanda normal təsir bağışlayıb: “Əsas odur ki, qələbə qazandıq. İrəlidə daha bir yoxlama görüşümüz var. Lüksemburq üzərindəki uğurlu nəticə üçün bu oyunda uğur qazanmaq mütləq idi. Komandaya cəlb olunan yeni futbolçulardan razı qaldım. Açığı, onlardan belə oyun gözləmirdim”. Qeyd edək ki, milli komandamız növbəti yoxlama görüşünü martın 3-də səfərdə Lüksemburq yığmasına qarşı keçirəcək.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner