"Qəbələ" iki yoxlama oyunu keçirəcək

XƏBƏR 26 Fevral 2010 / 00:12 1836
-  A +

Unibank Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Qəbələ" klubu futbolçularını bir həftəlik istirahətə buraxıb. Fevralın 28-də Qəbələdə yenidən bir araya gələcək baş məşqçi Ramiz Məmmədovun yetirmələri iki yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırlıq prosesi çərçivəsində martın 4-də "Karvan"ı qəbul edəcək "Qəbələ"nin üç gün sonra "Muğan"la yoxlama oyununda qarşılaşacağı bildirilir. Qeyd edək ki, Salyan təmsilçisi ilə yoxlama oyununun keçirilmə məkanı, hələ ki, dəqiqləşməyib.

Mənbə: pfl.az

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi