“Mançester Siti”nin hücumçusu 2-3 aylıq sıradan çıxıb

“Mançester Siti”nin hücumçusu 2-3 aylıq sıradan çıxıb
DÜNYA FUTBOLU 14 Fevral 2017 / 17:02 3816
-  A +

Premyer Liqanın 25-ci turunun dünən “Bornmut”a qarşı oyununda zədələnən “Mançester Siti”nin hücumçusu Qabriel Jezusun durumunun ciddi olduğu müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, 2-3 aylığa sıradan çıxdığı bildirilir.

Qeyd edək ki, 19 yaşlı futbolçu dünənki görüşün 15-ci dəqiqəsində zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qalıb.

Əlavə edək ki, Jezus Premyer Liqada bu mövsüm meydana çıxdığı 4 matçda 3 qol vurub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner