"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevin Qol.az saytına müsahibəsi
- Topaz Premyer Liqada məğlubiyyətsizlik seriyanız qırıldı. Ardıcıl 7 oyun uduzmayan komandanız "Neftçi" ilə qarşılaşmadan xalsız ayrıldı.
- Bəli, uğurlu seriyamızı davam etdirmək istəyirdik. Ən azı bir xal götürüb 4-cü pilədəki yerimizi möhkəmləndirmək fikrimiz var idi. Komandamız yaxşı mübarizə apardı. Düzdür, "Neftçi"nin qol epizodları daha çox idi, ancaq futbolçularımız nəticə qazanmaq üçün əzmkarlıq göstərdilər. Hava şəraiti yaxşı olmasa da, komandamız sonadək vuruşdu. Qolu sonda buraxdığımıza görə daha çox məyus olduq.
- Oyunun ən yaxşılarından idin. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev də oyundan sonra bildirdi ki, Fərhad bizə çox qol vurmağa imkan vermədi.
- Oyundan sonra Elxan müəllim də məni təbrik etdi. Öz məşqçilərimiz və komanda yoldaşlarım da minnətdarlığını bildirdi. Mən hər oyun çalışıram k, qol buraxmayım. Təbii ki, məğlub olanda qapıda necə durmağından asılı olmayaraq, təəssüflənirsən.
- "Qarabağ"da qapıda durmaq asandır, yoxsa "Sumqayıt"da?
- "Qarabağ"ın müdafiə xətti "Sumqayıt"la müqayisədə daha güclüdür. "Qarabağ"ın qapısı qarşısında qol epizodları az olur. Amma "Sumqayıt"da qapıçının üzərinə daha çox iş düşür. Bu, bir tərəfdən yaxşıdır. Rəqibin zərbələrini dəf etdikcə qapıçı həm ruhlanır, həm də oyun təcrübəsi artır. "Qarabağ"da qapıçının işi az olur. 
- "Sumqayıt"da adaptasiya prosesi necə keçdi?
- "Qarabağ"da çox az oynayırdım. Demək olar ki, mövsüm ərzində 3-4 oyuna çıxırdım. Son vaxtlar daha az şans qazanırdım. "Sumqayıt"a keçəndən sonra bir qədər narahatlıq oldu. Yəni özümü hazır hesab etmirdim. Sonradan oyunlara çıxdıqca əvvəlki formamı bərpa etməyə başladım.
- İndi özünü yaxşı formada hesab edirsən?
- Bəli. Getdikcə oyunumu artırıram. Məşqçilərin sayəsində özümdə inkişaf hiss edirəm.
- Millidən dəvət gözləyirsən, yoxsa 37 yaşında sənə çətin olar?
- Hələ karyeramı bitirmək fikrim yoxdur, oynayıram. Əlbəttə, hər bir futbolçunun arzusu milli komandaya dəvət almaqdır. Mən də millidə oynamışam. Bir neçə ildir ki, çağırılmıram. Bu da oyun təcrübəmin azlığı ilə əlaqədar idi. İndi şükürlər olsun ki, sabit çıxış edirəm. Hər şey milli komandamızın baş məşqçisi Robert Prosineçkidən asılıdır. Bir təcrübəli qapıçı kimi məni də dəvət etsə, sevinərəm.
- "Sumqayıt" ötən illərlə müqayisədə bu mövsüm daha inamlı çıxış edir. Qarşıya hansı məqsədlər qoyulub?
- Çalışırıq ki, maksimum yuxarı pillələrdə olaq. Qarşımıza Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Hazırda yaxşı yerdəyik. Çalışacağıq ki, 4-cü pilləni əldən verməyək. Ancaq daha yuxarı yerləri tutmaq istəyirik.
- Yerli gənc futbolçularla çətin olmayacaq?
- Baş məşqçimiz çalışır ki, yerli futbolçularla nəsə edək. Gənc futbolçularımızın oyunu göz qabağındadır. Məşqçilərimiz onlardan razıdır. Əzmkar komandamız var.
Ramiq AĞAMƏMMƏDOV
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi