“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç, 48 yaşlı Yaşar adlı Azərbaycan vətəndaşı və Vladimir Miloeviç adlı şəxs naməlum şəxslərin hücumuna məruz qalıb.
Qol.az-ın xəbərinə görə, bu haqda Serbiyanın “Blic” nəşri məlumat yayıb. Hadisə dünən Belqraddakı kafelərdən birində, səhər saat 6 radələrində baş verib. Tərəflər arasında toqquşma nəticəsində Miçoviç başından zədə, Yaşar adlı Azərbaycan vətəndaşı isə bud nayihəsindən güllə yarası alıb.
Bildirilib ki, əvvəlcə tərəflər arasında mübahisə şəhər PUB-larından birində yaranıb, sonra isə kafedə davam edib. Bu zaman təkcə yumruqlar deyil, silah da işə düşüb. Bundan sonra atəş açan və hücum edən şəxslər hadisə yerindən qaçıblar. Sonra kafeyə dərhal təcili yardım çağırılıb.
Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə “Neftçi”də oynayıb. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.
Azərbaycan vətəndaşı təcili yardım maşınla xəstəxanaya aparılarkən
Foto: Blic
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı