"Neftçi"nin futbolçusu Zdenek Folprext Topaz Premyer Liqanın 18-ci turunda "Sumqayıt"a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə düşünürsən?
- Vacib qələbə qazandıq. Belə matçlarda qolun gözəlliyinin önəmi yoxdur, əsas qol vurmaqdır. Onu da demək istəyirəm ki, “Sumqayıt”ın qapıçısı möhtəşəm idi. Bir epizodda qapıya zərbə endirdim, zərbənin qol olacağını düşünüb, artıq qeyd etməyə başlamışdım. Daha sonra gördüm ki, qapıçı topu dəf etməyi bacarıb. Sadəcə, fantastik idi qapıçı.
- Belə qapıçını öz komandanda görmək istəyərdin?
- Bizim qolkiperlər da çox yaxşıdır. Düşünürəm ki, onlar komandamızın səviyyəsinə uyğundur.
- İlk hissədə böyük qüvvə ilə irəli atılmadınız. Baş məşqçinin tapşırığı idi?
- Xeyr. Bizə vaxt lazım idi ki, hava şəraitinə - qara uyğunlaşaq. İkinci hissədə isə artıq qara da, meydançaya da uyğunlaşmışdıq və daha yaxşı oyun sərgiləməyə başladıq. Əsas səbəb bu idi.
- Turnir cədvəlində bir pillə irəliləyərək 6-cı sıraya qalxdınız...
- Mən komandaya yenicə qoşulmuşam. Qış fasiləsindən sonra dörd oyun keçirdik və məncə, nəticələrimiz də pis deyil. Əminəm ki, komandamız turnir cədvəlində daha yüksək pillələrə yüksələcək.
- Öncəki turlarda ardıcıl olaraq, “Qarabağ” və “Qəbələ” ilə qarşılaşdınız. Sizcə, onlardan hansı daha yaxşı təsir bağışladı?
- Baxmayaraq ki, “Qəbələ”yə məğlub olduq, “Qarabağ”la heç-heçə etdik, amma məncə, “Qarabağ” daha güclüdür.
- İki oyun ard-arda qələbə qazandınız. Düşünürsən ki, “Neftçi” uğursuzluq zolağından çıxıb?
- Bəli, biz uğursuzluq zolağından çıxmışıq. Deyə bilərəm ki, “Neftçi” artıq digər komandalara qarşı təhlükəli rəqibdir.
Məftun RƏSULZADƏ
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı