"7 məğlubiyyətsiz oyundan sonra uduzduq. Qismət belə imiş. Bundan da çətin oyunumuz AZAL-la evdə olacaq. Bu gün danışalacaq bir şey yoxdur. Hava şəraiti oynamağa imkan vermədi. “Neftçi” qələbəyə layiq idi. Rəqibi təbrik edirəm. Çox gücləniblər. Bizim “Neftçi” eyni “Neftçi”dir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 18-ci turunda "Neftçi" ilə oyundan (0:1) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Fasilədən sonra nə baş verdi? İlk hissədə komandanız daha inamlı təsir bağışlayırdı…
- Hava şəraiti istədiyimiz kimi oynamağa imkan vermirdi. Yoxsa ciddi nəsə olmamışdı. Sadəcə, “Neftçi”nin təzyiqinə tab gətirmədik.
- Komandanızın gələcək planları necədir? Birdə oyunun son dəqiqələrində azarkeşlərlə aranızda nə baş vermişdi?
- Heç bir planımız yoxdur. Bilmirəm, Azərbaycanda plan nə dərəcədə doğrudur. 2-ci suala gəlincə isə bilmirəm, haranın azarkeşləri idi. Haramları olsun. Bu cür komanda yaratmışıq, ancaq belə ifadələr işlədirlər. Mən onları heç “Sumqayıt” azarkeşi də saymıram. Təhqir olmadı, sadəcə, elə sözlər dedilər ki, onu heç cür qəbul etmək olmaz.
- Təxribat olmaq ehtimalı var?
- Təxribat olduğunu düşünmürəm. Bəlkə də bizdə oynayan hansısa oyunçuların qohumlarıdır. Belədisə, böyük səhv edirlər.
- Amil Yunanovu oyuna daha gec qoşmadız?
- Sizcə, mən heç-heçə olan zaman Raili çıxarıb Amili oyuna salaram? Artıq hər şey əldən gedəndən sonra Amili oyuna saldıq. Ehtiram Şahveriyevə də ötürmə etdi, amma vura bilmədi.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"