“Qalatasaray” baş məşqçini dəyişəcəkmi? – prezidentdən açıqlama

“Qalatasaray” baş məşqçini dəyişəcəkmi? – prezidentdən açıqlama
DÜNYA FUTBOLU 13 Fevral 2017 / 14:09 2992
-  A +

“Qalatasaray”ın prezidenti Dursun Özbek “Kayserispor”a dünənki məğlubiyyətdən (1:2) sonra baş məşqçiləri Jan Olde Riekerinklə yolları ayıracaqlarına dair mediada yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında o deyib ki, klubun idarə heyəti üzvlərinin hansısa başqa məşqçi ilə görüşləri, danışıqları olmayıb.

“Hazırda bizim yeganə hədəfimiz “Qalatasaray”ın daim uğurlarına və növbəti çempionluğuna nail olmaqdır” – deyə klub prezidenti vurğulayıb.


Son xəbərlər
topaz banner