"Menecerlərin bizə təklif etdiyi futbolçular olur. Biz də onlarla maraqlanırıq və nəticədə istər-istəməz "Qarabağ"ın adı hallanır. Ona görə də bəzən müxtəlif futbolçuların bizim maraq dairəmizdə olası ilə bağlı məlumatlar çıxır. Mən buna normal baxıram".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Yeni hücumçu transferinin üstündən xətt çəkməyən Ağdam klubunun ətrafında müxtəlif legionerlərin adları hallanır. Qurbanov onlardan biri olan Norveç yığmasının hücumçusu, Polşanın "Lex" klubunda oynayan Məhəmməd Keyta ilə maraqlandıqlarını təsdiqləyib: "Keyta ilə maraqlanmışdıq. Onu bizə təklif etdiklərindən adı siyahıda olan futbolçular sırasında idi. Keyta ilə ciddi söhbətimiz olmamışdı. Sadəcə, maraqlandığımızdan adı çıxmışdı. Bu da normaldır. Onunla bağlı tam fikir yoxdur. Belə deyə bilərəm ki, Keyta bizim nəzarətimizdədir".
Təcrübəli mütəxəssisin sözlərinə görə, İtaliya "İnter"inin nigeriyalı futbolçusu Viktor Obinnanın da həmin siyahıda olması mümkündür: "Sadəcə, indi dəqiq xatırlamıram. Transfer siyahısı geniş olur. Elə olur ki, il ərzində 50-100 futbolçuya baxırıq. Onlar arasında xeyli tanınmış futbolçu var. Ancaq hər baxdığımız futbolçu o demək deyil ki, "Qarabağ"da ola bilər. Mən də konkret ad çəkməyə meylli insan deyiləm. Obinnaya ciddi marağımız olmayıb".
Qurbanov hazırda yeni futbolçu transfer etməyin heç də asan olmadığını söyləyib: "Bundan sonra komandaya yeni futbolçu gətirmək daha çətin olacaq. Hətta mümkün olsa belə, ola bilsin ki, öz formasından uzaq olsun".
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar