“Barselona”nın futbolçusu ağır zədə aldı – 5 ay oynamayacaq

“Barselona”nın futbolçusu ağır zədə aldı – 5 ay oynamayacaq
DÜNYA FUTBOLU 12 Fevral 2017 / 11:11 4964
-  A +

“Barselona”nın müdafiəçisi Aleyks Vidal dünən “Alaves”lə La Liqanın 22-c turunun oyununda ağır zədə alıb.

Qol.az-ın yaydığı xəbərə görə, 85-ci dəqiqədə rəqiblə mübarizə zamanı onun topuğu qırılıb. Futbolçu dərhal xəstəxanaya aparılıb. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.

Kataloniya klubunun saytı bildirib ki, aldığı ciddi zədə səbəbindən Vidal 5 ay yaşıl meydanlardan uzaq qalacaq.



Son xəbərlər
topaz banner