Moldova millisinin sabiq oyunçusu İon Testimitsianu Azərbaycan Premyer Liqasında (2008/09 mövsümü) oynadığı dövrlər barədə sensasiyalı açıqlama verib.
Qol.az-ın “Moldavskiy futbol”a istinadən yaydığı xəbərə görə, o, komandası “İnter”in çempionluğu satdığını iddia edib. Vəteran müdafiəçi əvvəlcə Bakının “İnter” klubuna 34 yaşında keçdiyini xatırladıb:
“Onları təcrübəli futbolçular lazım idi. Baş məşqçimiz Kuçuk məni “Şerif”dən buraxmaq istəmirdi. Çünki komanda Çempionlar Liqasının seçmə mərhələsində oynayırdı. Azərbaycandan isə mənə ö dövr üçün yüksək pul təklif etdikləri üçün qəbul etdim”.
O, hazırda fəaliyyətini dayandıran “Bakı” ilə 2008/2009 mövsümündə aralarındakı rəqabətə də toxunub: “Demək olar ki, bütün çempionat boyu biz turnir cədvəlinin ilk pillələrində bərabər addımlayırdıq. Bizim “Bakı”dan 1, ya 2 xallıq üstünlüyümüz vardı. Onda onlara ilk oyunda 3:1 qalib gəlmiş, ikici matçda 0:1 hesabı ilə uduzmuşduq. Yaxşı kollektivimiz vardı və kubokun finalına vəsiqə qazanmışdıq. Azərbaycana gedəndə demişdim: mən çempion olmaq və arzumu gerçəkləşdirmək istəyirəm. Amma sonradan elə alındı ki, məni, Oleq Şişkini və Valentin Belkeviçi - hansı ki, komandanın aparıcı oyunçuları idi - son 4 oyunda heç bir səbəb göstərmədən iştirak ərizəsinə salmadılar. Bildiyimə görə, o vaxt klub rəhbərliyinin borcu vardı. Ona görə də onlar sadəcə, çempionluğu satdılar. Mən buna görə hiddətləndim, hətta klubun idman direktorunun yanına da getdim. Xahiş etdim ki, müqavilə ilə mənə çatacaq pulu ödəsinlər və beləliklə, vətənə qayıtdım. Sonra poçtla mənə gümüş medal göndərdilər. Amma mən qəlbimdə özümü Azərbaycan çempionu sayıram. Ölkə kubokunun finalına da televiziyada baxdım və sadəcə, güldüm. Çünki onlar finalı da satmışdılar. Öleq Şişkin oyundan sonra mənə zəng vurmuşdu, qəzəbli şəkildə dedi: “Vanya, bu, biabirçılıqdı”.
Qeyd edək ki, 2008/09-cu ildə Azərbaycan çempionu “Bakı”, kubokun qalibi isə “Qarabağ” olub.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”