"Neftçi"nin futbolçusu Namiq Ələsgərov Topaz Premyer Liqanın 17-ci turunda "İnter" ilə oyundan (1:3) sonra Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Gənc hücumçu ilk olaraq qələbəni şərh edib.
- “İnter” çempionatın ən güclü komandalarından biridir. Əvvəlcədən bilirdik ki, bizim üçün ağır oyun olacaq. Amma sevinirik ki, qış fasiləsindən sonra ilk qələbəmizi qazandıq. Bu qələbənin davamını gətirmək üçün daha çox çalışacağıq.
- Əvvəlki iki turda, “Qarabağ” və “Qəbələ” matçlarında hakim sizin əleyhinizə kobud səhvlərlə yadda qaldı. Bu gün matçdan öncə hakimin yenə səhv qərarlar verəcəyini düşünürdünüz?
- Düzdür, hər iki oyunda hakim səhvləri oldu. Biz də düşündük ki, heç olmasa bu matçda hakim səhvləri olmaz.“Qarabağ”la matçda qələbəyə yaxın idik. “Qəbələ” ilə də heç-heçə etmək şansımız vardı. Amma bu gün oyun normal keçdi, baş hakim Əliyar Ağayev matçı yaxşı idarə etdi.
- Səncə, “Neftçi” bu gün göstərdiyi oyunla mövsümü hansı pillədə başa vuracaq?
- Bacardığımız qədər yuxarı pillələrə qalxmağı düşünürük. Qarşıdan gələn oyunları qələbə ilə başa vurub, ilk dördlükdə qərarlaşmaq fikrimiz var.
- Komandada özünü necə hiss edirsən, uyğunlaşa bilirsən yeni klubuna?
- Özümü yaxşı hiss edirəm. Təlim-məşq toplanışında bir neçə matçda meydana çıxmışdım, uyğunlaşmaq baxımından problemim olmadı.
- Bu gün “Neftçi” formasıyla ilk qolunu vurdun...
- Əlbəttə ki, ilk qolumu vurduğum üçün sevinirəm. Əsas olan komandamızın qələbəsidir. Bundan sonra da daha çox qol vurub, komandama kömək etməyə çalışacağam.
- Baş məşqçiniz Elxan Abdullayev həm də Azərbaycan milli komandasının məşqçisidir. Sənə xüsusi olaraq tapşırıqları olur?
- Hamıya necə, mənə də elə. O, hər futbolçuyla ayrılıqda danışır.
- Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”a qarşı matçda komandana kömək edə bilməyəcəyinə görə təəssüflənirsən?
- Bəli, həmin matçda komandama kömək etmək istərdim.
- Əvvəlcədən bilirdin ki, “Qarabağ”a qarşı oyunlarda oynaya bilməzsən?
- Xeyr, bilmirdim. “Qarabağ”la ilk matçdan öncə bildim. Müqaviləmdə belə bir maddə yoxdur.
- Əvvəldən bilsəydin, müdaxilə edərdin?
- Mənim elə bir haqqım yoxdur ki, müdaxilə edim. Rəhbərliklər arasında olan bir söhbətdir. Onlar nə desə, mən də onu etməliyəm.
Məftun RƏSULZADƏ
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat