"İnter"in rumıniyalı müdafiəçisi Adrian Skarlatake Topaz Premyer Liqanın 17-ci turunda "Neftçi" ilə oyundan (1:3) sonra Qol.az-ın suallarını cavablandırıb.
- Məğlubiyyətin səbəbini nədə görürsən?
- Oyuna çox pis başladıq. Elə buna görə də qapımızda qol gördük. Daha sonra şanslarımız olsa belə, yararlana bilmədik.
- “Neftçi”dən belə oyun gözləyirdiniz?
- Rəqib çox üstün oyun göstərmədi, normal çıxış etdi. Məncə, bu gün biz pis oynadığımız üçün məğlub olduq.
- Buraxdığınız qollarda müdafiə xəttinin kobud səhvləri vardı...
- Deməzdim ki, bütün günah müdafiəçilərimizdə oldu. Komanda kimi yaxşı oyun göstərə bilmədik, hər mövqedə səhvlərimiz vardı.
- Bəlkə, komandada motivasiya çatışmazlığı var?
- Düşünmürəm ki, bu sarıdan problemimiz var. Sadəcə, bu gün oyunumuz alınmadı.
- Son iki matçda beş xal itirdiniz.
- Vəziyyətimizin pis olduğunu deməzdim. Çünki ən yaxın izləyicimiz olan “Sumqayıt”dan 7 xal öndəyik.
Məftun RƏSULZADƏ
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat