" Çox vacib qələbə qazandıq. Çatışmazlıqlarımız var idi. Bunları normal qəbul edirdim. Optimal formamızdan uzaqığ. Amma futbolçular topla yaxşı davranırdı. “Zirə” düzgün müdafiə olunurdu. Amma düşündüyümüz kimi alındı. 2 vacib qolla qalib gəldik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Topaz Premyer Liqanın 17-ci turunda "Zirə" ilə oyundan (2:0) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Reynaldo komandadan ayrıldı. Dani Kintana da zədələndi. Çempionluq yolunda bunun sizə necə təsiri olacaq?
- Belə oyunçunu itirmək o qədər də yaxşı hal deyil. Amma bu futboldur. Hər bir oyunçunun başına gələ bilər. Digər futbolçularıma güvənirəm. Düşünürəm ki, oyunu hiss etməkdə çətinlik çəkməyəcəyik.
- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Gəncə stadionunun ot örtüyü bərbaddır. Bununla bağlı hər hansı bir təklifiniz olacaqmı?
- Bununla barışacağıq. Belə bir təklif etməyimiz düzgün çıxmazdı. Çalışacağıq ki, oyunumuzu oynayaq və qalib gələk.
- AZAL-la və “Neftçi” ilə oyunda hakim səhvləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Sizcə, bunları “Qarabağ”ı gözdən salmaq üçünmü edirlər?
- Düşünmürəm ki, Azərbaycanda kimsə “Qarabağ”ı gözdən salsın. Mən həmişə çalışıram ki, komandada düzgün çalışım. Hər kəs öz fikrini deyə bilər ki, hakim səhvi oldu və s. Belə açıqlamalara fikir vermirəm.
- Rəşad Sadıqovun durumu nə yerdədir?
- Rəşadın 15 illik futbol təcrübəsi var. Düşünürəm ki, o, 3-4 ay onamasa belə, praktika tərəfdən problemi oynamayacaq və istənilən vaxt çıxıb, oynaya bilər.
- “Qəbələ” ilə oyun “Qarabağ” üçün həlledici sayıla bilərmi?
- Belə olacağını düşünmürəm. Xallar da itirə bilərik. “Qəbələ”yə məğlubiyyət və ya heç-heçə bizim üçün heç bir çətinlik yarada bilməz. Qarşıdan hələ çox oyun var. Düşünürəm ki, bu marafon son turadək davam edəcək.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində