“AZAL-a qarşı matça hazırlığımız digər oyunlardakı kimi olub. Artıq bütün komandalar sürətli futbol oynayır və müdafiədə kompakt şəkildə çıxış edə bilirlər. Komandamız da topa daha çox sahib olub meydanda diqtə edən tərəf olmaq istəyir. Rəqib qapısında təzyiq yarada bilirik. Baş məşqçimizin də istəyi budur".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 17-ci turunda AZAL-la oyundan (2:0) sonra deyib.
37 yaşlı mütəxəssis hər matçda, o cümlədən AZAL-la görüşdə də erkən qol vurmağa çalışdıqlarını bildirib: "Alınmayanda isə bəzən oyunçularda psixoloji gərginlik yaranır. Buna baxmayaraq, çox vacib 3 xal qazandıq. AZAL-ın “Qarabağ”la oyununu təhlil etmişdik. Bakı klubu həmin qarşılaşmada həm müdafiə, həm də sürət baxımından çox inamlı təsir bağışlamışdı. Bugünkü görüşdə də buna şahid olduq. AZAL 10 nəfərlə qaldıqdan sonra onları sıxıb, şoka salmaq istəyirdik. Amma bu bizdə alınmadı. Futbolda belə şeylər olur. Əsas odur ki, meydandan 3 xalla ayrıldıq”.
S. Qurbanov ayrı-ayrı futbolçuların oyununa da toxunub: “İstəyirik ki, hücumçu rəqibin cərimə meydanında hərəkət edən divar olsun. Daniel Subotiç hava ötürmələri zamanı başla yaxşı oynayır. Onun bu keyfiyyətlərindən maksimum istifadə etməyə çalışırıq. Ruslan Qurbanov çox potensiallı futbolçudur. Bu keyfiyyətlərinə inanıb, onu komandaya götürmüşük. Onun oyundan-oyuna daha yüksək səviyyədə çıxış edəcəyinə inanırıq. Bizim özünəməxsus oyun üslubumuz var. Futbolçuları da məhz bu sistemə uyğun gətiririk. Onun da biz istəyən futbolu göstərəcəyinə inanırıq. Təəssüf ki, Vitali Vernidub da zədələndi. Zədəsinin ciddi olduğu ehtimal edilir. Rasim Ramaldanov isə qış təlim-məşq toplanışında iştirak etməyib”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində