Millimizin futbolçusuna ən ciddi təklif "Tottenhem"dəndir

Millimizin futbolçusuna ən ciddi təklif "Tottenhem"dəndir
ÖLKƏ FUTBOLU 6 Fevral 2017 / 10:17 6142
-  A +

Müzzi Özcan meneceri olduğu 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ozancan Kökcü ilə İngiltərə klublarının maraqlandığını təsdiqləyib.

Qol.az-ın məlumatına görə, bu barədə o, "Yahoo Sport"a açıqlamasında bildirib:

"İngiltərənin "Tottenhem", "Everton, o cümlədən, Hollandiya, Almaniya klublarından təklif almışıq. Ən ciddi təklifi "Tottenhem" göndərib. Qarşıdakı həftələrdə yekun qərarımızı verəcəyik".

Qeyd edək ki, Ö.Kökcünün "Feyenoord"la müqaviləsi bu mövsümün sonu başa çatır.

 

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner