“Real”ın oyunu təxirə salındı

“Real”ın oyunu təxirə salındı
DÜNYA FUTBOLU 5 Fevral 2017 / 15:40 6764
-  A +

La Liqanın 21-ci turunun bu gün keçirilməsi nəzərdə tutulan “Selta” – “Real” oyunu təxirə salınıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı ölkənin Peşəkar Futbol Liqası qərar verib. Buna güclü küləkdən sonra “Selta”nın stadionundakı tribunaların dam örtüyünün zərər görməsi səbəb olub. PFL təhlükəsizlik baxımdan matçı qeyri-müəyyən vaxta keçirib.

Qeyd edək ki, “Selta” – “Real” oyunu bu gün Bakı vaxtı ilə saat 23.45-də başlanmalı idi.
 


Son xəbərlər
topaz banner