AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynovun müsahibəsi
- Hakimlərin qış fasiləsində Antalyadakı təlim-məşq toplanışında siz də iştirak etdiniz. Ancaq gözlənilənlərin əksinə olaraq ədalət təmsilçiləri ilk 2 turda xeyli səhvə yol verdilər və bu, kəskin narazılıqla qarşılandı. Hətta qərəzin olmasından söz açılır...
- Qərəz ola bilməz. Çünki qərəzli hakim bizim sıralarımızda olmasının mümkünatı yoxdur. Ancaq səhv olub. Biz deyə bilmərik ki, olmayıb. Hesab edirəm ki, bu, son səhvlər olar və bundan sonra yol verilməz. Sabah AFFA-da yığışaraq toplantımız olacaq və hakimlərə son xəbərdarlıqlarımızı edəcəyik. Araşdıracağıq ki, səhvlər nədən irəli gəlir. Niyə adi epizodlarda səhvlər edirlər? Düşünürəm ki, bu səhvlərin sonu olacaq.
- Ancaq səhvlər davam edir. Nədə əminsiniz ki, sonu olacaq?
- Ona görə ki, qərəzin olmadığını bilirəm. Bu zaman səhvləri düzəltməyə imkan tapacağıq.
- Bəs qərəzin olmadığına nədə əminsiniz?
- Qərəzli hakim görmürəm ki, hansısa komandaya qarşı qərəzli mövqedə olsun. Ürəyim mənə deyirəm və daxilən inanıram ki, qərəz ola bilməz. Düzdür, səhvlər var və bunu qəbul edirəm. Ancaq hansısa komandaya qarşı qərəz yoxdur.
- Bu 2 turda hansı səhv olub ki, onu yaxşı şəraitdə hazırlıq keçən hakimlərə bağışlamırsınız?
- Hakim hansısa səhv edirsə, baxır onun ilk növbədə təcrübəsinə. Gənc olanda, deyirik ki, bəli, səhv edə bilər. Elələrinə bağışlaya bilərik. Ancaq təcrübəli hakim səhv edirsə, bunu heç cür bağışlaya bilmirik. Bu da epizodlardan asılıdır. Elə epizod olur ki, gözlə dərhal müəyyən etmək çətindir. Meydanda olan futbolçular, kənardakı azarkeşlər və sair öz təsirini göstərir. Hakim hər bir şeyə diqqət yetirdiyinə görə bəzi halllarda adi şeyləri gözdən qaçırır. Bizdə fikir yaranır ki, qərəzdir. Ancaq mən belə hesab etmirəm.
- Son turda "Qəbələ" - "Neftçi" oyununda hakim inspektor olmusunuz. Təcrübəli hakimin buraxdığı səhvi deyəndə, oyunu idarə edən Fariz Yusifovu nəzərdə tutursunuz?
- Yox. Fariz Yusifovun səhvi olmadı. Gördüyünüz kimi, qapı arxasında olan hakim, əlavə köməkçilər olmasa da, o, yaxşı idarəçilik etdi. Yusifov meydanın hər bir hissəsindəki epizodları görürdü. Sadəcə olaraq, yan xətt hakimi Yaşar Abbasov qoldan qabaq oyundankənar vəziyyətdə səhv etdi. Fariz də bunu öz üzəirnə götürə bilməzdi. Ancaq ümumilikdə həmin briqada oyunu çox gözəl idarə etdi. Komandalar hiss elədi ki, meydanda hakim var.
- Ancaq qolun ofsayddan vurulduğunu açıqladınız...
- Elə şeylər var ki, biz təsdiqləyə bilmərik. Biz özümüzdən Amerika açmarıq. Qol epizodunda ilk ötürmədə yox, ikinci ötürmədə oyundan kənar vəziyyət vardı.
- Sizcə, bu nəticəyə təsir edən səhvdir?
- Yox. Nəticəyə təsir edən o səhv olardı ki, ofsayddan olan futbolçu qol vursun. Ancaq həmin yan xətt hakimi təcrübəlidir və ona belə şeyləri bağışlamaq da olmur. Gərək həmin epizodda baş çıxarardı.
- Həmin hakimə aşağı qiymət verəcəksiniz? Ona cəza gözlənilirmi?
- Hər halda, köməkçinin qiymətinə o qədər yüksək ola bilməz. Məsələn, bu epizod olmasaydı, mən nə fikirləşərdim. Fikrimcə, gələn turlarda öz yerini tutacaq.
- Bu turda "AZAL - "Qarabağ" oyununda Orxan Məmmədovun idarəçiliyi, verdiyi qırmızı vərəqə müzakirə olundu. Zirədəki matçda iki qırmızı vərəqə göstərildi...
- Həmin epizodlara baxacağam. Görüm ki, qırmızı vərəqə nədən olub. Biz də hiss edirik ki, gərginlik artır. Hakimlərə ancaq tövsiyəm olacaq ki, diqqətli olsunlar. Heç bir komandanın hüquqları tapdanmasın. Çalışsınlar ki, onları qorusunlar. Vərəqələrdə bir az diqqətli olsunlar. Antalyada təlim-məşq toplanışını yaxşı keçdilər. İdarə etdikləri hər yoxlama matçlarında nümayənədlərimiz vardı. Gəldik, təhlil elədi. Videotəhlillərimiz oldu. Səhvlərimizi başa saldıq. Elə şeylər var ki, hamısını əhatə etmək mümkün deyil.
- "Qarabağ"la "Qəbələ" arasında gərginlik təkcə meydanda yox, ondan kənarda da gedir. Mətbuatda müxtəlif fikirlər səsləndirilir...
- Bu danışıq olmalıdır. Bu da futbolun bir tərəfidir, gözəlliyidir. O belə deyir, bu belə. Komandalar bir-birindən 1 xal geri qalırlar. Hər ikisi oynayan komandadır. "İnter"i də bura əlavə edərdim, çempionluğa layiq komandalardır. Oynasınlar, heç kim onlara maneçilik törətmir. Çox güman ki, öz aralarındakı oyunları məsələni həll edəcək. 1 xal nədir ki? Böyük fərq deyil. Hər an hər şe dəyişə bilər.
Mənbə: sportnet.az
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi