Az qala hər tur Azərbaycan Premyer Liqasında hakimliklə bağlı çox kobud, nəticəyə təsir edən, azarkeşlərin əsəblərini tarıma çəkən səhvlər olur. Hakimlərin səriştəsizliyi (bir çoxunun), işinə məsuliyyətsiz yanaşmasının nəticəsidir ki, bu gün hətta “Qarabağ” kimi son illər futbolumuzun liderinin belə uğurlarına kölgə salmağa cəhdlər edilir. Amma bu zaman kimisə qınamalı da deyil. Səhvi edən, səhvin başında dayananlar qalıb bir kənarda, hədəfə bir çox halda öz işi ilə çoxlarına nümunə olacaq klub gəlir...
Hakim səhvləri bu gün başlanan 16-cı turunun hər iki oyununda da təkrarlandı. Əvvəlcə AZAL – “Qarabağ” matçında hakim Orxan Məmmədov (Xaqani Məmmədovun uğursuz kadrlarından biridi, daha çox səhvləri ilə gündəmə gəlib) meydan sahiblərinin futbolçusu Sadio Tounkaraya ciddi bir lüzum olmadan ikinci sarı vərəqəni göstərib meydandan qovur. Bu vaxta qədər 1:0 hesabı ilə uduzan komanda azlıqda qalır və Ağdam klubu onsuz da özündən qat-qat zəif olan komandaya 2 top vurub qələbə qazanır.
Amma hədəfə daha çox kim gəlir? Hakimlər? Yox. “Qarabağ”! Xaqani Məmmədovun bütün hakimlik adına xələl gətirən zay komandasının (Əliyar Ağayev bu siyahıya aid deyil) bərbad idarəçiliyi ucbatından Qurban Qurbanovun, onun futbolçularının, “Qarabağ”ın rəhbərliyinin Azərbaycan futbolu adına etdikləri fədakarlıqlarının üstündən bir göz qırpımında xətt çəkilir.
Amma hər səhvdən sonra həmin Xaqani Məmmədov deyir: “Hakim də insandı, səhv də bilər”. Tamam gözəl insan, başa düşdük, amma səhvin də bir çərçivəsi, limiti var, axı. Rəhbərlik etdiyiniz komitəyə ikinci dəfə gəldiyiniz son 8, ya 9 ildə elə tur yoxdu ki, biabırçı səhvlər olmasın... Bəli, hamıda səhv var, Xaqani Məmmədov! Və yaxşı olar ki, bir gün özünüzdə də səhv axtarın, harda səriştəsizlik və qərəzilik edirsiniz, onu da araşdırın...
Ümumiyyətlə, bu səhvlər dalbalal qəsdənmi, son illər Azərbaycanda yüksək reytinq qazanan, xalqın komandasına çevrilən “Qarabağ”ı ictimaiyyətin gözündən salmaq üçünmü edilir? Axı heç kimə sirr deyil ki, hazırda “Qarabağ” Azərbaycanda istənilən komandadan həm maddi, həm də elə oyununa görə güclüdür. Yəni Avropada bir çox tanınmış kluba qalib gələn, dalbadal üç il Avropa Liqasının qrupunda oynayan komanda yəni elə günəmi düşüb ki, özündən qat-qat zəif AZAL-dan və ya bir başqasından hakimin gücüylə xal alsın? Tamam “Qarabağ”ın oyununda bu səhvlər olub, özü də bəzi hallarda ciddi səhvlər. Amma axı futboldan az-maz başı çıxan məktəbliyə də gün kimi aydındı ki, “Qarabağ”ın hakimin köməyi ilə qələbəsinə ehtiyac yoxdu. Onda bəlkə cavab verəsiniz Xaqani Məmmədov, bu ciddi hakim səhvləri son turlar dalbadal nə üçün və kimin üçün edilir? Və ən əsası bu sifariş hardan gəlir?
… Və bu yerdə gələk “Qəbələ”yə. Bu komanda da hakimlərin səhvi, qərəzi ilə az üzləşməyib. Bununla belə, sınmayıblar, “Qarabağ” qədər elə Azərbaycan futbolu üçün böyük fədakarlıqlar ediblər. Təsadüfi deyil ki, məhz bu iki klub işlərindəki təmizliyinə görə başqalarına nümunə olublar, bir-biriylə daim gözəl münasibətdə olublar. Hətta “Qəbələ”nin prezidenti Tale Heydərov özü jurnalistlərə müsahibəsində avrokubok oyunları zamanı “Qarabağ”a azarkeşlik etdiyini bildirib. Bizdə olan xəbərə görə, T.Heydərov Bakıda “Qarabağ”ın bəzi avrokubok oyunlarını şəxsən özü stadiondan izləyib. Amma görün, hakimlikdəki səhvlər hansı səviyyəyə gəlib çatıb ki, artıq “Qəbələ” də “Qarabağ”ın gücünə, halal uğurlarına şübhə etməyə başlayıb.
Həqiqətən təəssüf doğuran mənzərədir...
Və bu gün ciddi səhv (birbaşa nəticəyə təsir edən!) “Qəbələ” – “Neftçi” oyununda da baş verdi. “Qəbələ” 77-ci dəqiqədə fərqləndi və videotəkrar sübut etdi ki, qələbə qolu ofsayddan vurulub. Amma məgər bu, hakimlərin “Qəbələ”yə işləməsi deməkdirmi? Əlbəttə, yox...
Demək, bir daha sübut olundu ki, problem “Qarabağ”da, “Qəbələ”də, bugün haqqı tapdanan “Neftçi”də yox, birbaşa hakimlikdə, ona rəhbərlik edən Xaqani Məmmədovdadı, onun yetişdirdiyi bir çox yarıtmaz kadrdadı..
Normalda belə adamlar Hakimlər Komitəsinə rəhbərlik etməməlidir. Amma bu, normal halda və normal futbol ölkələrində olur...
Bizsə hələ normal futbol ölkəsi deyilik. Normal idarəçilik yoxdu. Və nə yazıq ki, bu anormal vəziyyət normal adamların, klubların başında çatlayır..
Elnur ELGÜN
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi