"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyundan sonra mətbuat konfransı keçirib. Qol.az sportnet.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb
- Qeyd etmişdiniz ki, sizin qaçan yox, qol vurmağı bacaran hücumçuya ehtiyacınız var. Subotiçi bu cür hücumçu saymaq olar?
- Bugünkü oyun göstərdi ki, bəli! Hücumçularımı tənqid etmişəm. Ancaq bununla yanaşı, onlara dəstəyimi də göstərirəm. Hücumçularla bu cür hallar olur. Vurmadıqca, tutulurlar. Ümid edirəm ki, bu uğursuzluq arxada qalacaq.
- Bu gedişlə "Qəbələ"nin heyətində ən çox qovulan siz olacaqsınız...
- Bu, xoş deyil, amma rekord rekorddu. O ki qaldı epizoda, buna sadəcə, gülürəm. Çünki adi qərara emosional reaksiya verdikdə, qonaq komandanın ehtiyat oyunçular skamyasından kimsə üstümə şığıyır, əlini gözümə soxur. Özü də həmin adam heç baş məşqçi də deyil. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevə böyük hörmətim var. Hadisə isə bizim ev sahibi olduğumuz oyunda baş verir. Nəticədə məni qovurlar.
- Qol ofsayddan vuruldu. Bunu şərh etməyinizi istəyərdik...
- Mənə bu barədə məlumat verdilər. Epizodun təkrarına baxmaq lazımdır. Ancaq hakim köməkliyi ilə xal və xallar mənə lazım deyil. Sadəcə, bizə qarşı o qədər ədalətsizliklər olur ki... İstəmirəm, nə bizə kömək etsinlər, nə də rəqiblərimiz hakim köməkliyi ilə xal ehtiyatlarını artırsın. Mübarizənin şəffaf keçməsini arzulayıram.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü