"Totti futbolun Məhəmməd Əlisidir" - Spaletti

"Totti futbolun Məhəmməd Əlisidir" - Spaletti
DÜNYA FUTBOLU 2 Fevral 2017 / 13:40 2881
-  A +

"Roma"nın baş məşqçisi Lusiano Spaletti İtaliya kubokunda "Çezena" ilə oyundan sonra açıqlama verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, komandasının qələbə qolunu vuran Françesko Totti haqda müsbət fikirlər səsləndirib: "Tottifutbolun Məhəmməd Əlisidir.  Məhəmməd Əli də hər zaman rəqiblərini kimsənin təsəvvür etmədiyi vaxtda nokauta salırdı".

L.Spaletti bildirib ki, 40 yaşlı hücumçu meydandadırsa, ona ötürmə vermək ağıllı hərəkətdir:  "Ona nə qədər çox ötürmə verilsə, o qədər də qalib gəlmək şansımız olacaq. Totti bankdan belə çox fayda gətirən biridir".

Qeyd edək ki, F.Totti "Çezane" ilə görüşdə hesab 1:1 ikən 90+6-cı dəqiqədə penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.


Son xəbərlər
topaz banner