Son mövsüm Azərbaycan çempionu olan Bakının "İnter" klubunda artıq yarpaq tökümü başlayıb. Qol.az-ın məlumatına görə komanda daxili problemlərin başında bilavasitə klubun baş məşqçisi Valentin Xodukin dayanır. Təcrübəli Mahmud Qurbanovun "İnter"dən ayrılmasının əsas səbəbkarı məhz qocaman mütəxəssisdir. Mənbənin söylədiyinə görə, kənardan sakit görsənən Xodukin klubdakı bütün məsələlərə birbaşa təsir göstərir. Bu gün isə artıq gənc Elvin Məmmədovun da baş məşqçi ilə yeni probleminin başladığı bildirilir. Artıq millinin üzvünün "Qarabağ"a keçəcəyi barədə də söhbətlər yayılmağa başlayıb. Bunlarla yanaşı Xodukinin hətta klub rəhbərliyindən Moskvadakı "Birlik kuboku"na minimum sayda mətbuat işçisinin getməsini tələb etdiyi söylənilir. Mənbə bununla gələcəkdəki uğursuzluğun ört-basdır edilməsi məqsədi güdüldüyünü qeyd edir. Valentin Xodukinin milli komandamızın baş məşqçisi Berti Foqtsla bağlı narazılığı isə mətbuatda klub prezidenti Georgi Nikolov vasitəsilə çatdırılır. Nədənsə həmin Nikolov Belkeviçin nəyə görə alındığının səbəbini baş məşqçisindən soruşmadığı halda azərbaycanlı futbolçularla bir-bir vidalaşmağa sakitcə göz yumur. Mənbə bundan başqa Xodukinin ümumiyyətlə yerli futbolçuları sıxışdırdığını bildirir ki, bütün bunlar bu baş məşqçinin "İnter"li dönəmində aşkar hiss olunmağa başlayıb. Lakin nədənsə indiyə kimi legionerlə ukraynalı mütəxəssis heç bir problem yaşamayıb. Qol.az-a digər etibarlı mənbədən verilən məlumatda isə Konkovun gətirdiyi Xodukinin onun gedişindən sonra "İnter"də qalmasının düzgün olmadığını bildirib və "sakit" Valentinin məhz Anatolinin "torbasını tikdiyini" söyləyib.
Mövzuya qayıdacağıq.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı