Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında azərbaycanlı idmançının ilk çıxışı uğursuz olub. Qol.Az-ın məlumatına görə, əslən isveçrəli olan Cedrik Nots dağ xizəyi idmanının nəhəng slalom yarışlarını 72-ci pillədə başa vurub. 36 yaşlı idmançı 102 nəfərin qatıldığı birinci cəhddə məsafəni 1 dəqiqə 30,78 saniyəyə qət edib. Liderdən 13,51 saniyə geri qalan Cedrik finiş xəttinə çatan 89 xizəkçi arasında 79-cu olub.
İkinci yürüş zamanı təmsilçimiz ümumi nəticəsini yaxşılaşdıra bilib. Sonda 3 dəqiqə 5,98 saniyə nəticə göstərən Nots yarışı bitirməyə nail olan 81 idmançı arasında 72-ci olub. O, 9 nəfəri - Seneqal, Mərakeş, Çin, Qırğızıstan, Özbəkistan, Meksika, Pakistan, San-Marino və Hindistan təmsilçisini qabaqlayıb. Nots qalibdən 28,15 saniyə geri qalıb. Bu növdə qızıl medalları təmsilçimizin həmvətəni Karlo Yanka tutub. O, məsafəni iki dəfə qət etməyə 2 dəqiqə 37:83 saniyə vaxt sərf edib.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi