"Qarabağ" bu gündən hazırlıqları bərpa edəcək

XƏBƏR 24 Fevral 2010 / 11:44 1938
-  A +

"Qarabağ" bugündən etibarən Unibank Premyer Liqasının final mərhələsinin hazırlıqlarını bərpa edəcək. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda iki məşq keçəcək komanda milli komandamızın heyətinə cəlb olunmuş futbolçularının xidmətindən yararlana bilməyəcək. Komandanın gənc futbolçularından Tural İsgəndərov və Qara Qarayevin də zədəli olması məşqçilər korpusunu qayğılandırır. Bu səbəbdən əvəzedici komandanın 8-9 futbolçusunun əsas heyətlə birgə məşq edəcəyi gözlənilir.

Son xəbərlər