Sabiq FİFA referisi Tahir Süleymanov Topaz Premyer Liqanın 15-ci turunun "Qarabağ" - "Neftçi" görüşündə (1:1) hakim Ramil Diniyevin idarəçiliyi ilə bağlı fikirlərini bildirib.
Qol.az-ın xəbərinə görə, özünün Feysbuk səhifəsində o yazıb ki, oyunun prinsipiallığını, “Neftçi”nin yeni qurulmuş heyətini nəzərə alaraq daha təcrübəli, nüfuzlu FİFA referilərindən biri bu matça baş hakim kimi təyinat almalı idi: “Görüşdə idarəçilik baxımından baş verən xırda, metodiki səhvləri nəzərə almadan 1-hissədə 2 kobud səhv oldu...Meydanın mərkəz hissəsində Fəhmin Muradbəyliyə ("Neftçi") qarşı açıq kobudluğa görə rəqib futbolçu mütləq sarı vərəqə ilə cəzalandırılmalı idi. "Qarabağ"ın hücumu zamanı Dinoya görə qeydə alınan ofsayd qərarı yanlış idi.
2-ci hissədə Rəhman Hacıyevə qarşı cərimə meydanı daxilində açıq kobudluğa görə "Qarabağ"ın qapısına 100 faiz 11 metrlik cərimə zərbəsi təyin olunmalı idi”.
Tahir Süleymanov mübahisələrə səbəb olan 2 penalti epizodu barədə də fikirlərini bildirib: “Məqsəd İsayevin ("Neftçi") əl epizodu 1 faiz də olsa cərimə meydançası xəttinin üzərində idisə (böyüdülmüş variantda yenidən baxmaq lazımdır) penalti qərarı doğrudur. Ümumiyyətlə, hər iki penalti epizodunda baş hakimin mövqeyi ideala yaxındır. Cərimə meydanı xəttini və əllə oyunu zərgər dəqiqliyi ilə "görən" baş hakim idarəçilik baxımından daha asan olan Rəhman Hacıyevə qarşı açıq-aşkar kobudluğu eyni zərgər dəqiqliyi ilə görməli idi. Baş hakimin 2 penalti epizoduna fərqli yanaşması psixoloji baxımdan ictimaiyyət arasında haqlı narazılıq yaradır”.
O, “Qarabağ”ın futbolçusu Ağabala Ramazanovla hakim arasındakı müzakirələrə səbəb olan epizoda da toxunub: "Neftçi"nin qapısına penalti təyin etdikdən sonra Ağabalanın hakimə yaxınlaşdığı hərəkətini referi idarəçiliyinə müdaxilə kimi dəyərləndirməli və 2-cı sarı vərəqə göstərməklə meydandan kənarlaşdırmalı idi.
"Neftçi"nin baş məşqçisi, futbolçusu texniki zonanı tərk edərək ehtiyat hakimə etirazı baş hakimə bildirilməli və müvafiq qaydada cəzalandırılmalı idi”.
T.Süleymanov sonda yazıb: “Bəzi klublarımızın Antalyada təlim-məşq toplanışı keçə bilmədiyi halda hakimlər Türkiyədən yeni qayıdıb. Hakimlər Komitəsi, meydanda olan hakimlər buna uyğun idarəçiliyi ilə seçilməlidir...”
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə