“Qarabağ”ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqanın 15-ci turunda “Neftçi” ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın xəbərinə görə, o, qarşılaşma və bir sıra məsələ barədə fikirlərini bildirib.
- Matç haqqında nə düşünürsən?
- Çətin oyun keçdi. Yaxşı əhval-ruhiyyə ilə oyuna hazırlaşmışdıq. Amma gördüyünüz kimi, qış fasiləsində “Neftçi” yaxşı futbolçular transfer edib. Bizi də yaxşı analiz etmişdilər. Fikrimiz budur ki, bütün oyunlardan yaxşı nəticə ilə qayıdaq.
- Qara Qarayevin kobud səhvi nəticəsində qapınızda qol gördünüz...
- “Qarabağ” elə komandadır ki, hər zaman riskli futbol oynayır. Matçın öz meydanımızda və ya səfərdə keçirilməsini fərqi yoxdur. Həmin epizod zamanı Qara meydançadan çəkindi və daha dəqiq ötürmə vermək istəyirdi. Top isə düz Cavidin önünə düşdü. Nəticədə hesab açıldı. Bu da bir dərsdir. İnanıram ki, gələn dəfə yaxşı mövqe seçəcək, belə ötürmə verməyəcək.
- “Neftçi” sizə nisbətən daha istəkli görünürdü..
- Bəli, bu, hiss olunurdu. Yəqin ki, oyuna yaxşı motivasiya ilə çıxmışdılar. Bizdə də motivasiya var. Çünki “Qarabağ” hər zaman liderlik üçün mübarizə aparır. Bizə bir-iki tur lazımdır ki, öz formamızı bərpa edək, hər zamanki kimi mübarizə aparaq. Riçard Almeyda da əsas heyətdə olmadı, onun yoxluğu hiss olunurdu.
- Riçard Almeyda “Qarabağ”ın "beyni" olduğunu demək olarmı?
- Almeyda bizim üçün böyük bir fiqurdur. O, meydançada olanda komanda biraz başqa cür futbol oynayır. Amma demək olmaz ki, onun yoxluğunda oynayan futbolçu zəif oynadı. Sadəcə, biraz oyun stili dəyişmişdi və bu gün Almeydaya ehtiyac var idi.
- Komandaya Ağabala Ramazanov gəldii, Reynaldo "Adanaspor"a getdi. Bu dəyişikliyin xeyiri olacaq, ya ziyanı?
- Nəzərə almaq lazımdır ki, son zamanlar Reynaldo zədədən əziyyət çəkirdi və komandaya kömək edə bilmirdi. Ağabala isə gənc futbolçudur, komanda üçün yeni "qandır”. İkinci hissədə cərimə zərbələri qazandırdı komandaya, rəqib iki sarı vərəqə ilə cəzalandı. Belə davam etsə, komandaya çox xeyiri dəyəcək.
Məftun RƏSULZADƏ
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə