“Qələbəyə layiq idik”- Cavid İmamverdiyev

“Qələbəyə layiq idik”-  Cavid İmamverdiyev
ÖLKƏ FUTBOLU 30 Yanvar 2017 / 00:41 2598
-  A +

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev Topaz Premyer Liqanın 15-ci turunda “Qarabağ”la səfər matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Oyunu necə dəyərləndirirsən, nəticə sizi qane etdi?
- Çox gərgin oyun keçdi. Hər kəs bilir ki, “Qarabağ” - “Neftçi” matçı Azərbaycanın çempionatının ən böyük oyunlarından biridir. Düşünürəm ki, yaxşı mübarizə apardıq, qalib gəlməliydik. Bilmirəm penalti qərarı doğru idi, yoxsa yanlış. Bu gün qələbəyə layiq idik. Qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik

- Komanda ikinci hissədə niyə geriyə çəkildi?
- Komandamız dayanmadı. Sadəcə, məşqçimiz tapşırıq verdi ki, rəqibi müdafiədə qarşılamalıyıq. Müəyyən qədər də yorğunluq oldu. İstər-istəməz, komanda tam oturmayıb, bir-birimizi yaxından tanımırıq. İnşallah gələcək qarşılaşmalarda oyunumuz daha yaxşı alınacaq, "Neftçi" əvvəlki gücünü qaytara biləcək. Mən bu komandaya inanıram.

- Penalti epizodları barədə nə deyə bilərsən?
- Rəhman Hacıyevin epizodunu gözümlə gördüm, təmiz penalti idi. Ancaq qapımıza təyin olunan penalti haqqında heç nə deyə bilmirəm. Çünki yaxın deyildim, görə bilmədim.

- Bu gün hiss olunurdu ki, komanda özünü sübut etməyə çalışır...
- Fikirləşmirəm ki, bu, pis nəticədi. İlk oyunu heç-heçə bitirmək yaxşıdı. Qarşıdakı oyunlarımız var və özümüzü daha da toparlamağa çalışacağıq.

- Bizim gözlədiyimiz "Neftçi" budur, yoxsa?
- Əlbəttə ki, yox. "Neftçi" həmişə iddialı komanda kimi tanınıb. Potensialımız var, qarşıdakı oyunlarda da yaxşı oyanayacağımızı görəcəksiniz. Məşqçilərimiz də bizə inanırlar. Onların inamını itirməməyə çalışacağıq.

- Mövsümun ilk yarısında öz formandan uzaq idin...
- Doğrudur, sizinlə razıyam. Baş məşqçimiz inanır mənə, mən də əziyyət çəkirəm. Çəki problemim vardı, düşünürəm ki, artıq çəkilərdən qurtulmuşam. Hər oyundan-oyuna daha çox çalışacağam.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər