“Qarabağ”ın prezidenti Tahir Gözəl Topaz Premyer Liqanın 15-ci turunda “Neftçi” ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın xəbərinə görə, o, bir sıra məsələyə münasibətini açıqlayıb.
- Əvvəlcə oyun haqda fikirlərinizi bilmək istərdik...
- “Neftçi”ni təbrik edirəm. Komandaya fiziki cəhətdən güclü, yaxşı oyunçular cəlb ediblər. Hesab edirəm ki, təzə futbolçuları komandaya hələ tam uyğunlaşmayıb. Amma buna baxmayaraq, matça yüksək motivasiya ilə çıxmışdılar. “Neftçi” hər zaman hörmət etdiyim rəqibdir. Bu gün rəqibi belə görmək məni sevindirdi. Çünki rəqiblərimizin güclənməsi Avropada uğurlarımızın artması deməkdir. “Qarabağ” da öz oyununu oynadı, matç boyu pressinq etdi. Çox gözəl, sürətli oyun izlədik.
- Meydançada hansı futbolçunu gözünüz axtarırdı?
- Məncə, bütün futbolçular meydanda idi. Hər şey qaydasında idi. Bizim gənc qapıçımız da bu matçda özünü sübut etdi.
- Reynaldonun komandadan gedişinə görə təəssüfləniriniz?
- Reynaldo üçün mən daxil, hər kəs darıxır. Bu, futboldur. Getməli idi, getdi. Yeni klubunda uğurlar arzu edirəm. Amma düşünürəm ki, hücum xəttində xeyli futbolçumuz var və yetərincə yaxşı oynayırlar.
- Premyer Liqadakı rəqibləriniz qış fasiləsində xeyli güclənib. “Qarabağ”ın çempionluq yolunun daha çətin olacağını düşünürsünüz?
- Əlbəttə... “Qarabağ”a qarşı oyunda rəqiblər hər zaman maksimum güc sərt etməyə çalışırlar. Söz yox ki, qarşıda bizi çətin oyunlar gözləyir.
Məftun RƏSULZADƏ
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq