“Barselona”nın təmiz qolunu saymadılar – Video

“Barselona”nın təmiz qolunu saymadılar – Video
DÜNYA FUTBOLU 29 Yanvar 2017 / 18:15 5104
-  A +

La Liqanın bu gün keçirilən 20-ci turunda səfərdə “Real Betis”lə qarşılaşıb.

Qol.az-ın xəbərinə görə, oyunun 79-cu dəqiqəsində hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən hakim Kataloniya klubunun vurduğu təmiz qolu qeydə almayıb. Halbuki videogörüntüdə topun qapı xəttini keçdiyi aşkar görünür.

Bununla belə, “Barselona” 90-cı dəqiqədə Luis Suaresin vurduğu qolla məğlubiyyətdən yaxa qurtarıb – 1:1.

"Barselona"nın baş məşqçisi Luis Enrike: "Həmin epizodun görüntüsünə baxdım. Hakimlərə kömək lazımdır. Qərarın bizim lehimizə, ya əleyhimizə olacağına rəğmən, onlar mütləq texnologiyadan istifadə etməlidirlər. 

 

 


Son xəbərlər
topaz banner