Reynaldo rəsmən "Adanaspor"da

Reynaldo rəsmən "Adanaspor"da
ÖLKƏ FUTBOLU 27 Yanvar 2017 / 19:01 7474
-  A +

"Qarabağ"ın futbolçusu Reynaldonun "Adanaspor"a keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.

İmzalanma mərasimindən sonra Reynaldo bildirib:

"Adanaspor"da olduğum üçün xoşbəxtəm. Uzun illər Azərbaycanda yaşadım. Türkiyəyə mənə yad deyil. İkisi də qardaş ölkədir. Burada yaxşı işlər görməyə gəlmişəm. Klub prezidenti Bayram Akgül və bu transferdə əməyi keçən hər kəsə təşəkkür edirəm".

Daha çox


Son xəbərlər