“Borussiya”dan La Liqaya, ordan da Çinə..

“Borussiya”dan La Liqaya, ordan da Çinə..
DÜNYA FUTBOLU 26 Yanvar 2017 / 13:28 3664
-  A +

Dortmund “Borussiya”sının futbolçusu Adrian Ramos karyerasını İspaniyada davam etdirəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu bu mövsümün sonuna qədər La Liqa təmsilçisi “Qranada”da oynayacaq. 2017/18 mövsümündən isə o, Çinin “Çuntsin Lifan” komandasında çıxış edəcək.

Müqavilənin dəyəri haqda rəsmi məlumat verilməyib. Qeyri-rəsmi xəbərdə isə bildirilir ki, Çin klubu futbolçuya 12 milyon avro ödəyəcək.


Son xəbərlər
topaz banner