"Barselona" Messi ilə razılığa gəldi

"Barselona" Messi ilə razılığa gəldi
DÜNYA FUTBOLU 25 Yanvar 2017 / 19:40 3937
-  A +

"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu Kataloniya klubunun ona ilinə 40 milyon avro qazanacağı təklifi müsbət cavablandırıb.

Xəbərdə qeyd olunub ki, başqa klubların da maraqlandığı L. Messini komandada saxlamaq üçün "Barsa" ona rekord məbləğdə maaş ödəməyə razı olub.

Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.


Son xəbərlər
topaz banner