Prosineçkinin "Bursaspor" məsələsi bitdi

Prosineçkinin "Bursaspor" məsələsi bitdi
ÖLKƏ FUTBOLU 25 Yanvar 2017 / 16:25 6280
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçkinin "Bursaspor"a keçməyəcəyi dəqiqləşib.

Qol.az-ın məlumatına  görə, bu barədə  “bursasporum.com” saytı xəbər yayıb.

Bildirilir ki, “Bursaspor”la razılığa gələn Prosineçki bu gün AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb və istəyini ona çatdırıb. AFFA rəhbəri isə onun gedişinə razılıq verməyib.

Prosineçkinin millimizlə bərabər "Bursaspor"u da çalışdırmaq variantı isə superliqa təmsilçisinin prezidenti  Ali Ayı qane etməyib.

Bundan başqa, “Bursaspor” klubunun vəkilləri Prosineçkinin təzminat qiymətinin 2 milyon avro olduğunu üzə çıxarıb. Yüksək təzminat qiyməti ilə razılaşmayan Türkiyə klubunun nümayəndələri danışıqları dayandırıblar.

Daha çox


Son xəbərlər