"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Qol.az saytına müsahibəsində komandasının Antalyadakı təlim-məşq toplanışı dəyərləndirib və "Neftçi" ilə qarşıdan gələn oyun haqda danışıb
- Düşündüyümüz proqramı axıra qədər yerinə yetirə bildik. Sevindirici haldır ki, toplanış zamanı heç bir məşqi buraxmadım. Ümumilikdə hazırlığımız pis keçmədi. Təlim-məşq toplanışında tam iştirak etmək böyük şərtdir. Toplanışın sonuna yaxın bəzi zədəlilərimiz oldu.
- Yoxlama oyunlarında komanda necə təsir bağışladı?
- Dörd oyunumuz oldu. Yaxşı nəticələr qazandıq. Yalnız birində uduzduq. O da yəqin ki, yorğunluqla bağlı ola bilər. Oyun sistemimizdə dəyişiklik olmadı. Sadəcə, bu sistemi daha da təkmilləşdirməyə çalışdıq. "Qarabağ"ın oyun fəlsəfəsini daha yaxşı səviyyəyə gətirmək istəyirik. Gözə çarpan dəyişiklik yoxdur.
- Yeni transferlər Ağabala Ramazanov və Elşən Abdullayev toplanış zamanı özlərini necə göstərdilər?
- Ağabala bütün yoxlama oyunlarında meydanda oldu. Elşənin bir az ağrıları var idi. Sonradan o problem də aradan qalxdı. Hər iki futbolçunun"Qarabağ"a faydalı olacağını düşünürəm.
- Ağabala yoxlama oyunlarında qollar vurdu. Bu da yəqin komandanı ümidləndirdi.
- Nəinki Ağabala, Elşənin də məşqlərdə özünü göstərməsi onu deməyə əsas verir ki, bizə kömək edəcək. Onların gəlişi "Qarabağ"ı daha da gücləndirəcək.
- "Qarabağ" hələlik istədiyi hücumçunu transfer edə bilməyib. Ağabala yarımmüdafiə və hücum xəttində oynaya bilir. Səncə, o, hücum xəttində olan boşluğu aradan qaldıra bilər?
- Baş məşqçimiz də yəqin bunu düşünüb. Qurban müəllim bizə faydalı olmayan futbolçunu komandaya gətirməz. Hər halda Ağabalada o potensialı gördüyü üçün onu komandaya dəvət edib. Məncə, Ağabala nəinki hücum xəttində, müdafiədə də bizə kömək edə biləcək futbolçudur. Ağabala bunu düşünür. O, hazırda müdafiəçi kimi də oynaya bilər. Onun əzmkarlığına və komandaya kömək etmək istəyinə görə bunu deyirəm.
- Komandanız çempionata hazırdır?
- Yox, biz hələ hazır deyilik. Qarşıda bir neçə gün var. Düşünmürəm ki, bu müddətə tam hazır olacağıq. Ancaq vəziyyətimiz indikindən daha yaxşı olacaq.
- İlk oyununuz "Neftçi"yə qarşıdır. Yenilənmiş "Neftçi" ilə qarşılaşma haqda nə düşünürsən?
- Bizim "Neftçi"yə qarşı bütün oyunlarımız maraqlı keçib. Düşünürəm ki, əvvəlki gərginliyi qaytara biləcəyik. "Neftçi"nin heyətinə qatdığı futbolçular kifayət qədər güclüdür. Bizim üçün çətin oyun olacaq. Fasilədən sonra "Neftçi" ilə qarşılaşmaq ağırdır. Çünki rəqibimizin hədəfləri dəyişib. Buna baxmayaraq, biz də çempionluğa oynayan komandayıq. Yaxşı nəticə qazanacağımıza ümid edirəm.
Ramiq AĞAMƏMMƏDOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı